Qətər və Səudiyyə Ərəbistanı da sionist nazirin açıqlamalarını pisləyib

Qətər və Səudiyyə Ərəbistanı da sionist nazirin açıqlamalarını pisləyib

Qətərin Xarici İşlər Nazirliyi bəyanatında sionist rejimin Maliyyə nazirinin Fələstinin Həvarə kəndinin dağıdılması ilə bağlı açıqlamalarını pisləyib.

Qətərin Xarici İşlər Nazirliyi bəyanatında sionist rejimin Maliyyə nazirinin Həvarə kəndinin dağıdılması ilə bağlı bəyanatlarını pisləməklə yanaşı, bunu “hərbi cinayət törətməyə təhlükəli təhrik” kimi qiymətləndirib.

Qətər Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, bu mənfur və təxribatçı çağırış sionist rejim kabinetinin işğal olunmuş Fələstin ərazilərindəki ifrat siyasətlərinin davamıdır.

Bu rejim Fələstin millətinə, İslam və Xristian müqəddəs torpaqlarına və məkanlarına qarşı bu məqsədyönlü siyasətin həyata keçirilməsi nəticəsində yaranmış hər hansı zorakılığın baş verməsinə görə məsuliyyət daşıyır.

Qətər Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən bu bəyanatda fələstinlilərə dəstək mexanizminin hazırlanması və aktivləşdirilməsi də daxil olmaqla, Fələstinli mülki şəxslərə dəstək üçün beynəlxalq ictimaiyyətin təcili hərəkətə keçməsinin zəruriliyi vurğulanır.

Qətərin Xarici İşlər Nazirliyi ölkənin Fələstin məsələsi və Fələstin xalqının qanuni hüquqlarının dəstəklənməsində, habelə 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olmaqla müstəqil Fələstin dövlətinin qurulmasında qətiyyətli mövqeyini vurğulayıb.

Həmçinin, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi bir bəyanatda sionist nazirin sionist rejimin Fələstin xalqına qarşı zorakılıq və ifrat miqyasını göstərən irqçi və məsuliyyətsiz bəyanatlarını pisləyib.

O, beynəlxalq ictimaiyyətdən bu təhqiramiz davranışlarla mübarizə aparmaq üçün üzərinə düşən məsuliyyəti yerinə yetirməyi və mülki şəxslərə lazımi dəstəyi göstərməyi tələb edib.

Sionist rejimin Maliyyə naziri Bazalil Smotriç bu yaxınlarda Fələstinin Həvarə kəndinin dağıdılmasını istəyib.

 Onun haqqında çoxlu tənqidlərə baxmayaraq, Smotriç ifadələrini geri götürməyib və üzr istəməyib.

Bundan əvvəl İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Misir hər biri ayrı-ayrılıqda bəyanat verərək sionist rejimin Maliyyə nazirinin açıqlamalarını pisləmişdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − 3 =