Müqavimət qrupları hərbi parad keçirib-Foto

Müqavimət qrupları hərbi parad keçirib-Foto

Yüzlərlə fələstinli müqavimət döyüşçüsü İordan çayının qərb sahilində hərbi parad keçirib.

Fələstin İslami Cihad hərəkatının İordan çayının qərb sahilindəki Cənin düşərgəsi şəhidləri üçün təşkil etdiyi anım mərasimində cümə axşamı Fələstin müqavimətinin hərbi qolları parad keçirib.

Fələstin İslami Cihad Hərəkatı bir idman klubunda Cənin vilayətinin şəhidlərindən və bu hərəkatın “Sərayəl-Qüds” hərbi qolunun Cənin düşərgəsində şəhid olan bəzi şəhidlərinin xatirəsinə həsr edilmiş anım mərasimi keçirib. Mərasimdə Fələstin qruplarının başçıları və nümayəndələri iştirak edib.

Fələstin mənbələrinin verdiyi məlumata görə, bu mərasimə İordan çayının qərb sahilindən çoxlu sayda insan, şəhid ailələri və işğal altındakı Fələstindəki milli və islami qrupların başçıları qatılıb.

Fələstin KİV-ləri həmçinin bildiriblər ki, bu mərasimdən əvvəl Cənin düşərgəsi “Cənin” Batalyonu, “Əl-Əqsa Şəhidləri” Briqadası, “Qəssam” batalyonlarının yüzlərlə əsgərinin hərbi paradına şahid olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × one =