Bu ölkə əczaçılıq şirkətlərinə kokain satmağa icazə verdi
Publika.az xəbər verir ki, Britaniya Kolumbiyasının paytaxtı Viktoriyadakı “Sunshine Earth Labs” əczaçılıq şirkəti cümə axşamı bildirib ki, Səhiyyə Departamenti şirkətə koka bitkilərindən kokain istehsal etmək və satmaq üçün lisenziya verib.
Açıqlamada şirkətə kokain, həmçinin morfin, heroin və ekstazi istehsalı və satışına icazə verildiyi bildirilib.
Nazirlik oxşar icazəni fevral ayında “Adastra Labs” əczaçılıq şirkətinə də verib.
Bu lisenziyaya əsasən şirkətin halüsinogen göbələklərdən əldə etdiyi psilosin və psilosibin maddələrinin, o cümlədən kokainin istehsalı və satışı qanuniləşdirilib.
Hadisələr Britaniya Kolumbiyası ştatında narkotikdən ölüm hallarının artmasından sonra baş verib.
Publika.az