Amerikalı siyasətçi: İsrail fəlakətə doğru gedir

Amerikalı siyasətçi: İsrail fəlakətə doğru gedir

Nyu-Yorkun keçmiş meri sionist rejimin fəlakətə doğru irəlilədiyini bəyan edib və bildirib ki, bu rejimin infilyasiyası da göz qabağındadır.

Nyu Yorkun keçmiş meri və yəhudi iş adamı Maykl Bloomberg sionist müvəqqəti rejimin baş naziri Netanyahunun kabinetinin bu rejimin koalisiyalarına böyük itkilər verdiyini vurğulayıb.

Əl-Məyadin xəbər kanalı Bloombergə istinadən yazır ki, Netanyahunun kabineti İsrailin təhlükəsizliyini, iqtisadiyyatını və siyasi sistemini təhlükə altına alıb. İsrail fəlakətə doğru irəliləyir.

O, Amerikanın sionist rejimə son iki onillikdə artan dəstəyinə işarə edərək, bu rejimin gələcəyi ilə bağlı narahatlığını bildirib və deyib:

Bu narahatlıq ilk dəfə mənim İsrailin daxili siyasətinə qarışmağıma və Kabineti və onun siyasətini tənqid etməyimə səbəb olub.

Bu amerikalı siyasətçi Netanyahunun bu rejimin məhkəmə sistemini dəyişdirmək planına toxunub: Nazirlər Kabineti İsraildə məhkəmə sisteminin rolunu və funksiyasını neytrallaşdırmağa çalışır. Təklif olunan yeni qanuna əsasən, Knessetdə kiçik bir çoxluq Ali Məhkəmənin qərarlarını ləğv edə və fərdi hüquqlara qarşı təzyiq tətbiq edə bilər.

Bloomberg qeyd edib ki, iqtisadi itki hissi İsraildə praktiki olaraq başlayıb. Şakelin (sionist rejimin pulları) infilyasiyası da göz qabağındadır. Bir çox investorlar da kabinetin təklifinə qarşı çıxıblar.

O, bu rejimin təhlükəsizliyinin ABŞ-la münasibətlərə əsaslandığını və bunun qorunub saxlanması lazım olduğunu qeyd edib və bildirib:

Əgər bu münasibət qorunmasa, İsrailin təhlükəsizliyinə Fələstin xalqı ilə müharibənin həllinə dağıdıcı ziyan vuracaq.

Benyamin Netanyahunun siyasətlərinə qarşı etirazlar prosesi bir müddətdir ki, ordu və təhlükəsizlik qurumlarını da əhatə edib və gündən-günə genişlənir və daha çox zabit və əsgər artıq orduda xidmət etmək istəmədiyini bəyan edir.

Sionist Hərbi Hava Qüvvələrinin 180 eskadrilya zabiti bundan əvvəl öz komandirlərinə göndərdikləri məktubda “Məhkəmə islahatları” adlanan qanuna etiraz olaraq hərbi xidmətdən istefa edəcəklərini bəyan etmişdilər.

Bununla bağlı ötən həftə Sionist Ordunun (Əman) Hərbi Kəşfiyyat Təşkilatının “Xüsusi Əməliyyatlar” bölməsinin 100 zabiti məktubla bəyan ediblər ki, Netanyahunun planı tam təsdiq olunarsa, ordudan gedəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − ten =