Səudiyyə ordusunun Yəmən sərhədinə hücumu nəticəsində 1 nəfər şəhid olub və 2 nəfər yaralanıb

Səudiyyə ordusunun Yəmən sərhədinə hücumu nəticəsində 1 nəfər şəhid olub və 2 nəfər yaralanıb

Yəmən mənbələri Səudiyyə ordusunun Yəmən xalqına qarşı təcavüzünün davamında bu ölkənin daha bir vətəndaşını şəhid etdiyini bildirib.

 “Əl-Məsirə” saytının xəbərinə görə, Səudiyyə ordusu bu gün Mənbə şəhərinin Fizzə sərhəd bölgəsinin sakinlərinə atəş açıb, nəticədə bir nəfər şəhid olub, iki nəfər yaralanıb.

Bu günlərdə Yəmənin Milli Qurtuluş Hökumətinin İnsan Haqları Naziri Əli Əd-Deyləmi bildirib ki, səudiyyəlilərin sərhəd bölgələrində gündəlik olaraq törətdikləri cinayətlər beynəlxalq ictimaiyyətin sükutunun sayəsində baş verir.

O, əlavə edib ki, beynəlxalq təşkilatlar sərhəddə səudiyyəlilərin bu cinayətinin qarşısını almaq üçün heç bir tədbir görmür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 4 =