Sionist mühacirlər yenidən Həvarə qəsəbəsinə hücum ediblər

Sionist mühacirlər yenidən Həvarə qəsəbəsinə hücum ediblər

Xəbər mənbələri bazar ertəsi gecə xəbər veriblər ki, sionist mühacirlər yenidən İordan çayının qərb sahilində Nablusun cənubunda yerləşən Həvarə qəsəbəsinə hücum ediblər.

Fələstinin Şahab xəbər agentliyinin məlumatına görə, onlarla sionist mühacirlər sionist hərbçilərin dəstəyi ilə Həvarə qəsəbəsinə hücum ediblər.

Bu xəbərə əsasən, sionist mühacirlər bu hücumda daş atıb və təxribat xarakterli hərəkətlər ediblər. Həmçinin, Həvərədə bir mühacir Fələstin vətəndaşının avtomobilinə atəş açıb.

Mühacirlər və sionist əsgərlərin Həvarə qəsəbəsinə hücumundan sonra onlarla fələstinli gənclər arasında qarşıdurma baş verib və nəticədə çoxlu sayda fələstinli yaralanıb.

Keçən bazar günü də sionist mühacirlər sionist hərbçilərin dəstəyi ilə Nəblusun müxtəlif bölgələrinə, o cümlədən, Həvarəyə hücum edərək fələstinlilərlə toqquşular.

Sionist mühacirlər fələstinlilərə məxsus onlarla avtomobilə ziyan vurub, fələstinlilərə məxsus bir neçə yaşayış evini yandırıblar ki, nəticədə bir fələstinli həlak olub, yüzlərlə insan yaralanıb.

Bundan əvvəl sionist rejimin Maliyyə naziri Bəzalil Smotriç bəyanatında Həvarənin məhv edilməsini istəyib.

Sionist rejimin qeyri-qanuni hərəkətləri BMT Təhlükəsizlik Şurasının 23 dekabr 2016-cı ildə təsdiq edilmiş 2334 saylı qətnaməsinin açıq şəkildə pozulmasıdır.

Bu qətnamə Fələstin torpaqlarında qəsəbələrin salınmasını qeyri-qanuni adlandırmaqla yanaşı, sionist rejimi qəsəbə tikintisi əməliyyatlarını dayandırmağa çağırır.

İordan çayının qərb sahilində qəsəbə tikintisinin dayandırılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının təsdiq etdiyi qətnamələrə baxmayaraq, sionist işğalçılıq siyasəti davam edir. Belə ki, İsrailin baş naziri Netanyahu parlament seçkiləri kampaniyası zamanı İordan çayının qərb sahilinin bəzi hissələrini işğal olunmuş ərazilərə ilhaq edəcəyini vəd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 5 =