Pentaqon rəhbəri İraqa elan olunmamış səfər edib

Pentaqon rəhbəri İraqa elan olunmamış səfər edib

Pentaqonun rəhbəri Lloyd Ostin İraqa elan olunmamış səfər edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, onun Bağdadda İraqın Baş naziri Məhəmməd əl-Sudani ilə danışıqlar aparacağı bildirilir.

L.Ostin həmçinin Ərbil şəhərinə səfər edəcək və burada İraqın şimalındakı kürd muxtar bölgəsinin rəhbərliyi ilə görüşəcək.

Qeyd edək ki, Pentaqon rəhbəri Yaxın Şərqə səfərini martın 5-də İordaniyadan başlayıb. Onun Misir və İsrailə də getməsi planlaşdırılır.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 4 =