21 yaşlı futbolçu oyun vaxtı öldü

21 yaşlı futbolçu oyun vaxtı öldü

Publika.az xəbər verir ki, hadisə Fil Dişi Sahili çempionatında yaşanıb. “Rasinq Abican”la SOL komandalarının görüşündə 21 yaşlı futbolçu Mustafa Silla dünyasını dəyişib.

“Rasinq”in 21 yaşlı üzvü oyunun gedişində yıxılaraq keçinib. Təcili tibbi yardımın həkimləri dərhal müdaxilə etməyə çalışsalar da, cəhdlər yetərli olmayıb.

Qeyd edək ki, bu, Fil Dişi Sahilində qeyd alınan ilk belə fakt deyil. Son 4 ildə 3-cü dəfə futbolçu infarktdan dünyasını dəyişib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 1 =