İordan çayının qərb sahilində sionist mühacirlər fələstinli gənci şəhid edib
Bir fələstinli gənc bu gün İordan çayının qərb sahilində sionist mühacirlər tərəfindən hədəfə alınıb və şəhid olub.
Mehr xəbər agentliyinin Fələstin İnformasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, sionist mühacirlər Sələfit və Qəlqəliyyə şəhəri arasında yerləşən Durot ferması yaxınlığında üzərinə soyuq silahla hücum etmək bəhanəsi ilə bu cümə səhəri bir fələstinli gənci güllələyib.
İbrani Kan radiosu bu məsələyə toxunarkən bu gəncin “Allahu Əkbər” deyə qışqıraraq bir mühacirə yaxınlaşdığını və bıçaqla ona hücum etmək istədiyini və mühacirin ona atəş açıb öldürdüyünü bildirib.
Bu ibrani mənbə həmçinin, fələstinli gəncin üzərində bir neçə bıçaq daşıdığını iddia edib.
Fələstin Səhiyyə Nazirliyi bildirib ki, Mülki İşlər Baş İdarəsi 21 yaşlı Əbdülkərim Badiuş-Şeyxin şəhadəti ilə bağlı nazirliyə məlumat verib.
Əbdülkərim Bədiuş-Şeyxin şəhadəti ilə bu ilin əvvəlindən fələstinli şəhidlərin sayı 80-ə çatıb.
Fələstindən gələn digər bir xəbər isə budur ki, minlərlə fələstinli bu gün Beytül-Müqəddəs şəhərində yerləşən Məscidül-Əqsa və Hebronda yerləşən Həzrət İbrahim (ə) məscidində səhər namazını qılıb.
Fələstinlilər dua etdikdən sonra Quranı tilavət edib və kollektiv səhər yeməyi yeyib.
Bu aksiya işğalçı Qüds rejiminin çoxlu sayda ordu qüvvələrinin Məscidül-Əqsanın qapılarına yerləşdirildiyi və namaz qılanların üzərində fiziki axtarışların aparıldığı və onların şəxsiyyətini təsdiq edən sənədlərin yoxlanıldığı bir vaxtda baş verir.
Hebron şəhərində də çoxlu sayda fələstinli Həzrət İbrahim (ə) məscidində tam əzəmətlə səhər namazını qılıb, namazı bitirdikdən sonra Allahla münacat edib.
Əl-Əqsa məscidi və İordan çayının qərb sahili məscidlərində səhər namazının qılınması 2020-ci ilin noyabr ayından başlayan “Əzəmətli Fəcr Çağrı” kampaniyası çərçivəsində keçirilir və məqsəd Fələstinin işğal edilmiş torpaqlarında sionistlərin islami müqəddəs yerlərə təcavüzünə və yəhudiləşdirilməsinə qarşı mübarizə aparmaqdır.