HƏMAS: Tel-Əviv əməliyyatı sionist rejimin cinayətinə cavabdır

HƏMAS: Tel-Əviv əməliyyatı sionist rejimin cinayətinə cavabdır

Fələstin müqavimət hərəkatı bəyanat verərək elan edib ki, Tel-Əviv əməliyyatı sionist rejimin Cənin düşərgəsindəki cinayətlərinə cavabdır.

Fələstinin Müqavimət Hərəkatı HƏMAS bəyanat yayaraq bildirib ki, cümə axşamı Tel-Əviv əməliyyatı işğalçı rejimin Cəbə və Cənin şəhərlərindəki cinayətlərinə müqavimətin cavabıdır.

HƏMAS hərəkatı bu qəhrəmancasına əməliyyatı alqışlayıb və sionist rejimi daha çox əməliyyatlarla hədələyib.

Cümə axşamı İbrani və ərəb xəbər mənbələri müvəqqəti Sionist rejimin paytaxtı Tel-Əvivin Dizengoff küçəsində atışma barədə məlumat yayıblar.

Şahab xəbər agentliyi ibrani mənbələrinə istinadən xəbər verir ki, bu atışma Tel-Əviv nümayişçiləri arasında baş verib, nəticədə üç sionist ağır yaralanıb.

Tel-Əviv meri bu əməliyyatın şəhadət əməliyyatı olduğunu və iki nəfər tərəfindən həyata keçirildiyini açıqlayıb.

İsrail hərbi mənbələri bu əməliyyatın icraçılarından birinin şəhid olduğunu, ikincinin axtarıldığını iddia edib.

HƏMAS hərəkatının sözçüsü Əbdüllətif Əl-Qanu bu əməliyyatla bağlı deyib: Bu əməliyyat sionist rejim və mühacirlərin cinayətlərinə, o cümlədən, sonuncu dəfə Nablusda yerləşən Həvarədəki insanlarımıza amansız hücuma cavabdır.

Əl-Qanu vurğulayıb ki, sionistlər və israilli mühacirlərin cinayətlərinin yeganə cavabı şəhadət əməliyyatları və atışmaların artırılmasıdır ki, bu da İordan çayının qərb sahili və işğal olunmuş Qüdsdə qarşıdurmanı alovlandıracaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven + twelve =