İnqilabın Rəhbəri mərhum Həsən Ğəfurifərdin cənazəsinə namaz qılıb
İslam İnqilabının Ali Məqamlı Rəhbəri mərhum Həsən Ğəfurifərdin cənazəsinə namaz qılıb.
Ayətullah Xamenei bu gün (cümə) günortadan əvvəl mərhum Həsən Ğəfurifərdin cənazəsinə
Fatihə oxuyub və cənazə namazı qılıb.
Mərhum Ğəfurifərdin ailəsi və bir sıra yaxınları da bu mərasimdə iştirak edib.
Mərhum Həsən Ğəfurifərdin İslam İnqilabı dövrünün fəallarından biri və İran İslam Respublikasının uzunmüddətli rəhbərlərindən olub. H.ş 1360-1364 cü illərdə Şəhid Rəcai və Ayətullah Xameneinin prezidentliyi dövründə Energetika Nazirliyinə rəhbərlik edib.
Bundan əlavə, İslam Şurasında dörd dönəmlik nümayəndəliyə malik olub, Xorasan meri, bədən tərbiyəsi təşkilatının rəhbəri və vitse-prezidenti, Prezidentin elm və texnologiya üzrə müşaviri və elmi-tədqiqat işləri üzrə məsləhətçisi və Ali Aparatın təftiş və nəzarət şurasının rəhbəri kimi fəaliyyət göstərib. Mərhum Ğəfurifərd 79 yaşında bir müddət xəstəlikdən sonra 9 mart cümə axşamı səhəri vəfat edib.