Neymar sağ dizindən əməliyyat olundu
Braziliya millisi və Fransanın PSJ klubunun futbolçusu Neymar sağ dizindən əməliyyat olunub.
BAKU.WS xəbər verir ki, bu barədə “L Equipe” nəşri məlumat yayıb.
31 yaşlı hücumçunun cərrahi əməliyyatı Qətərin paytaxtı Dohadakı klinikalardan birində baş tutub.
Braziliya millisinin kapitanının 3-4 aydan sonra məşqlərə qayıdacağı bildirilir.
Xatırladaq ki, forvard fevralın 19-da “Lill”ə 4:3 hesabı ilə qalib gəldikləri Liqa 1-in XXIV tur matçında zədələnmişdi.
Qeyd edək ki, Neymar cari mövsüm bütün turnirlərdə PSJ-nin heyətində keçirdiyi 29 oyunda 18 qol vurub, 17 məhsuldar ötürmə verib.
BAKU.WS