BMT: “Antarktidada dəniz buzlaqlarının sahəsi rekord dərəcədə azalıb”

BMT: “Antarktidada dəniz buzlaqlarının sahəsi rekord dərəcədə azalıb”

Fevralın sonunda Antarktidada dəniz buzlaqlarının sahəsi 1,83 milyon kvadratmetr km. təşkil edib. Bu da qışın sonu üçün rekord səviyyədə aşağı idi.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) rəsmi nümayəndəsi Kler Nullis bildirib.

Təşkilatın məlumatına görə, fevralın sonuna “dəniz buzlaqlarının sahəsi 1,83 milyon kvadrat kilometr təşkil edib ki, bu da 2022-ci ilin fevralında qeydə alınan rekord mövsümi minimumdan 93 min kvadrat kilometr azdır”.

Arktikada fevral ayında dəniz buz örtüyü qış dövrünün sonunda qeydə alınan ən kiçik ikinci olub: 1,12 milyon kvadratmetr km. Bu, 1981-ci ildən 2010-cu ilə qədərki orta səviyyədən aşağıdır.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − 1 =