Əfqanıstanda mədəniyyət mərkəzində partlayış olub, ölən və yaralananlar var

Əfqanıstanda mədəniyyət mərkəzində partlayış olub, ölən və yaralananlar var

Əfqanıstanın şimalında mədəniyyət mərkəzində partlayış baş verib.

APA xəbər verir ki, bu barədə “Hasht-e Subh” nəşri yerli mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Əfqanıstanın şimalındakı Bəlx vilayətinin Məzari-Şərif şəhərindəki mədəniyyət mərkəzində güclü partlayış baş verib və nəticədə azı 4 nəfər həlak olub, 16 nəfər yaralanıb.

Hadisə nəticəsində ölənlərin arasında jurnalistlərin olduğu bildirilib. Partlayışın səbəbləri açıqlanmayıb.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six + seventeen =