Dünyanın ən çox silah ixrac edən ölkələrinin adı açıqlanıb

Dünyanın ən çox silah ixrac edən ölkələrinin adı açıqlanıb

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) dünyanın ən çox silah ixrac edən ölkələrini açıqlayıb.

APA xəbər verir ki, 2018-2022-ci illəri əhatə edən siyahıya görə sözügedən dövrdə ABŞ dünyanın ən çox silah ixrac edən ölkəsi olub. Belə ki, ABŞ-ın qlobal silah ixracındakı payı 40% təşkil edib. Onun ən çox silah ixrac etdiyi ölkələr Səudiyyə Ərəbistanı (19%), Yaponiya (8,6%) və Avstraliya (8,4) olub. Rusiya isə hesabat dövründə dünyanın ən çox silah ixrac edən ikinci ölkəsi olub. Onun ixracının 31%-i Hindistanın, 23%-i Çinin, 9,3%-i Misirin payına düşüb. Rusiyanın qlobal silah ixracında payı 16% təşkil edib. 2018-2022-ci illərdə dünyanın ən çox silah ixrac edən üçüncü ölkəsi isə Fransa olub.

Qlobal silah ixracındakı payı 11% təşkil edən Fransanın əsas idxalçıları Hindistan (30%), Qətər (17%) və Misir (8%) olub. Qlobal silah ixracatçılarının ilk onluğundakı digər ölkələr isə ardıcıl olaraq Çin (5,2%), Almaniya (4,2), İtaliya (3,8), Birləşmiş Krallıq (3,2), İspaniya (2,6), Cənubi Koreya (2,4%) və İsrail (2,3%) olub.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 − 1 =