Qüds batalyonları Qəzzədə hərbi təlim keçirib

Qüds batalyonları Qəzzədə hərbi təlim keçirib

Fələstin İslami Cihad Hərəkatının hərbi qanadı olan Qüds Batalyonları ehtimali döyüşə hazırlığı artırmaq məqsədilə bu gün, bazar ertəsi təlim keçirib.

Mehr xəbər agentliyinin Anadolu xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Qüds batalyonlarının bir günlük təlimi “Şərq sahilinin intiqamına sadiqlik” adı altında keçirilib.

İslami Cihad hərəkatının informasiya bürosunun rəhbəri Davud Şahab deyib: “Qüds batalyonlarının təlimi bu gün səhər saatlarında başlayıb və müxtəlif hərbi birləşmələr orada iştirak edib.”

O, sözügedən təlimin raket və artilleriya atəşi, Sarayəl-Qüds qüvvələrinin yerləşdirilməsi və digər müxtəlif qüvvələrin, o cümlədən, döyüş birləşmələri və dəstək birliklərinin fəaliyyətlərini əhatə etdiyinə diqqət çəkərək deyib:

  Bu məşqlər müqəddəs Ramazan ayında müqavimət qüvvələrinin hazırlığını dəyərləndirmək üçün vacibdir.

Bu hərbi təlimin keçirilməsi fələstinlilərin işğalçılara qarşı hərbi qüdrətlərini artırmaq səylərinin göstəricisidir.

İordan çayının qərb sahilində və digər işğal olunmuş ərazilərdə gərginlik ən yüksək səviyyədədir və bu yaxınlarda Fələstin Səhiyyə Nazirliyi bir bəyanat yayaraq, bu ilin əvvəlindən İordan çayının qərb sahilində fələstinli şəhidlərin sayının 77-yə yüksəldiyini açıqlayıb.

Onlardan 48-i Cənin və Nablus əyalətlərinə aiddir.

Ötən çərşənbə günü minlərlə fələstinli “Ərinəl-Usud” müqavimət qrupunun dəvəti ilə sionist rejimin Cəninə hücumundan sonra Cənin batalyonu və fələstinli əsirlərə dəstək yürüşü keçirib.

Nablus, Ramullah, Hebron, Tulkərim, Qəlqəliyyə küçələrində və bir sıra düşərgə və kəndlərdə də yürüşlər keçirilib.

Həmçinin, Ramullah şəhəri yüzlərlə fələstinli gəncin “Əl-Ərin”, “Kətabətu Cənin” və HƏMAS hərəkatının sentyabr ayından bəri həbs edilmiş üzvlərindən biri olan və Ərinəl-Usud qrupuna dəstək verməkdə ittiham edilən “Limusəb Aştiyyə” şüarlar verərək yürüşünün şahidi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 + four =