Qərb Sahilində iğtişaşlar davam edir: Sionist əsgərlər atəşə tutulub

Qərb Sahilində iğtişaşlar davam edir: Sionist əsgərlər atəşə tutulub

Sionistlərə qarşı müqavimətlərini davam etdirən fələstinli döyüşçülər Nablusda keçiddə yerləşən sionist əsgərləri atəşə tutublar.

Fələstinli döyüşçülər bazar günü gecə Nablusda Beyti-Furik keçidində yerləşən sionist əsgərləri atəşə tutublar.

 “Fələstin Əl-Yəvm” saytının məlumatına görə, yerli mənbələr fələstinli yaraqlıların Beyti-Furik keçidində sionist əsgərləri güllə və əldəqayırma partlayıcı qurğularla hədəfə aldığını bildirib.

Sionist hərbçilərin itkiləri və yaralıların sayı barədə hələ də məlumat yoxdur.

Digər tərəfdən, Fələstin mediası bildirib ki, İordan çayının qərb sahili son 24 saat ərzində atışma, əldəqayırma partlayıcı qurğuların partlaması və sionist əsgərlərə molotof kokteyli atılması da daxil olmaqla, 13 müqavimət əməliyyatına şahid olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 5 =