Fələstinli ən yaşlı məhbus Şeyxul-Usəra azadlığa buraxılıb

Fələstinli ən yaşlı məhbus Şeyxul-Usəra azadlığa buraxılıb

“Şeyxul-Usəra” ləqəbli ən yaşlı fələstinli məhbus Fuad Əl-Şubki 83 yaşında sionist həbsxanasından azad edilib.

On yeddi ilini sionist rejimin həbsxanalarında keçirmiş ən yaşlı fələstinli məhbus “Fuad Əş-Şubki” bu gün (bazar ertəsi) 83 yaşında azad edilib.

 “Vəfa” Fələstin Xəbər Agentliyinin xəbərinə görə, sionist qüvvələr onu “Tərqumiyə” keçid məntəqəsində azad ediblər və o, xalqın coşğulu qarşılanması ilə öz doğma şəhəri Ramullaha qayıdıb.

Sərbəst buraxıldıqdan sonra Əş-Şubaki bildirib ki, məhbuslar şəhid olmamış və Fələstin idealı üçün canlarını fəda etmiş şəhidlərdir və onların azad edilməsi üçün həll yolu tapılmalıdır.

Əş-Şubki fələstinli siyasətçi və general-mayordur, 12 mart 1940-cı ildə Qəzzənən “Ət-Tuffah” məhəlləsində anadan olub. Qahirə Universitetində mühasibatlıq üzrə bakalavr dərəcəsinə malikdir.

Fuad Əş-Şubki 2002-ci il yanvarın 3-də “Nuhun gəmisi” adlı hərbi əməliyyatda sionist rejim tərəfindən fələstinlilər üçün qaçaqmalçılıq yolu ilə silah daşımaqda günahlandırılan ən yaşlı fələstinli məhbus və Fələstindəki “Fəth” hərəkatının üzvüdür.

Sözügedən tarixdə sionist rejim əsgərləri Qırmızı dənizdə “Karin A” adlı gəmini saxlayıb və bu gəminin fələstinlilər üçün hərbi texnika daşıdığını iddia ediblər.

Həmin illərdə sionist rejim bu məsələdə bilavasitə Əş-Şubkini məsul adlandırmışdı.

Sionist rejim qüvvələri onu 2006-cı il martın 14-də oğurlayıblar və işğal olunmuş Fələstinin hərbi məhkəməsi ona 20 il həbs cəzası verib, sonradan bu müddət 17 ilə endirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight − 4 =