Səudiyyə Ərəbistanı ilə sərhəd bölgəsində bir Yəmən vətəndaşı şəhid olub

Səudiyyə Ərəbistanı ilə sərhəd bölgəsində bir Yəmən vətəndaşı şəhid olub

Yəmən mediası Səudiyyə Ərəbistanı ilə sərhəd bölgəsində səudiyəlilərin artilleriya hücumu nəticəsində bir vətəndaşın şəhid olması xəbərini yayıb.

Yəmən mediası Səudiyyə Ərəbistanı ilə sərhəd bölgəsi olan Şəda məntəqəsində artilleriya hücumu nəticəsində bu ölkə vətəndaşının şəhid olduğunu bildirib.

 “Əl-Məsirə” saytının məlumatına görə, bu Yəmən vətəndaşı Səudiyyə Ərəbistanının artilleriya hücumu nəticəsində Şəda sərhəd bölgəsində ağır yaralanıb və Razeh xəstəxanasına aparıldıqdan sonra dünyasını dəyişib.

Bu günlərdə Yəmənin Milli Qurtuluş Hökumətinin İnsan Haqları Naziri Əli Əd-Deyləmi bildirib ki, səudiyyəlilərin sərhəd bölgələrində törətdikləri cinayətlər gündəlik olaraq və beynəlxalq ictimaiyyətin sükutunun sayəsində baş verir.

O əlavə edib ki, beynəlxalq təşkilatlar sərhəddə səudiyyəlilərin bu cinayətinin qarşısını almaq üçün heç bir tədbir görmür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × two =