Tel-Əvivin təhlükəsizlik orqanları Ramazan ayında gərginliyin artması təhlükəsi barədə xəbərdarlıq edir

Tel-Əvivin təhlükəsizlik orqanları Ramazan ayında gərginliyin artması təhlükəsi barədə xəbərdarlıq edir

Sionist rejimin təhlükəsizlik və hərbi hakimiyyət orqanları bazar ertəsi mübarək Ramazan ayı ərzində işğal olunmuş ərazilərdə gərginliyin və qarşıdurmaların artması ilə bağlı xəbərdarlıq ediblər.

Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə, ibrani dilli mənbələr bildiriblər ki, bu rəsmilər Netanyahuya İordan çayının qərb sahilinə artan təzyiqlərin Hebron da daxil olmaqla, digər bölgələri də gərginlik və münaqişə dairəsinə salacağını deyib.

Sionist təhlükəsizlik və hərbi rəsmilər İordan çayının qərb sahilinin partlayış astanasında olduğu barədə xəbərdarlıq ediblər.

Bu arada sionist rejimin bir sıra zabitləri İsrail siyasi rəsmilərinin də iştirak etdiyi görüşlərdə 1967-ci ildə işğal olunmuş ərazilərdəki vəziyyəti çox təhlükəli və narahatedici adlandırmış və demişlər ki, Ramazan ayı ərəfəsində bu ərazidə partlayışın şahidi ola bilərik.

İbranidilli Walla xəbər saytı israilli zabitlərə istinadən İsrail ordusunun fələstinlilərin silahlı əməliyyatlarına qarşı hazırlaşdığını və bu əməliyyatın əhatə dairəsinin sionist rejimin daxili cəbhəsinə qədər uzana biləcəyini və bu vəziyyətin çox təhlükəli olduğunu açıqlayıb.

Bununla əlaqədar olaraq, İsrailin baş naziri Binyamin Netanyahu Ramazan ayı ərzində İordan çayının qərb sahilində üçüncü intifazənin baş verəcəyi qorxusu ilə Fələstinin “Xanəl-Əhmər” kəndinin boşaldılmasını müqəddəs aydan sonraya təxirə salıb.

Nümayişlərin və etirazların artmasının ardınca Bibi “İvatar” qəsəbə mərkəzinin rəsmi olaraq tanınmasını müqəddəs Ramazan ayının sonuna qədər təxirə saldığını açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 5 =