Qərb çökür: Üçüncü dünya müharibəsi başlayacaq? -Video

Qərb çökür: Üçüncü dünya müharibəsi başlayacaq? -Video

Publika.az xəbər verir ki, bunu fransalı siyasətçisi və Avropa Parlamentinin sabiq deputatı Florian Filippo deyib.

O qeyd edib ki, “Credit Suisse” bankı Paris Fond Birjası kimi dağılır.

Siyasətçi qeyd edib ki, bankların kotirovkaları dayandırılıb.

“Maliyyə xaosu olarsa, oliqarxiya üçüncü dünya müharibəsinin yaxınlaşmasını sürətləndirəcək. Bu, tarixi reallıqdır”, – Filippo qeyd edib.

Qeyd edək ki, martın 11-də Kaliforniyada böyük Silikon Vadisi Bankı bağlanıb. Bu, 2008-ci il maliyyə böhranından sonra ABŞ-da ən böyük bank uğursuzluğudur. Nyu York “Signature Bank”ın da sistem riskləri səbəbindən bağlandığı məlum olub.

“Axios” nəşri yazıb ki, ABŞ prezident administrasiyası Silikon Vadisi Bankını xilas edə bilməsə, Amerika bank sistemi böhran təhlükəsi qarşısındadır.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − 3 =