Bu ölkəyə getmək istəyənlərin nəzərinə: Sabahdan viza veriləcək

Bu ölkəyə getmək istəyənlərin nəzərinə: Sabahdan viza veriləcək

Publika.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin Konsulluq İşləri Departamenti bildirib.

Vətəndaşların sərhəddən keçidinin daha da yaxşılaşdırılması məqsədilə Pekin vaxtı ilə martın 15-i saat 00:00-dan etibarən vizaların verilməsi və əcnəbi vətəndaşların Çinə daxil olması siyasətində düzəlişlərin edilməsi qərara alınıb.

“Xaricdə viza verən orqanlar Çinə səfər edən əcnəbi vətəndaşlara bütün kateqoriyalar üzrə vizaların işlənməsini və verilməsini bərpa edəcək”, – sənəddə deyilir.

Həmçinin qeyd olunur ki, martın 15-dən 2020-ci il martın 28-dək verilmiş və müddəti bitməmiş vizaların funksiyası bərpa olunacaq. Bundan əlavə, “müvafiq şərtlər yerinə yetirildikdə” sərhəd-keçid məntəqələri tərəfindən transsərhəd vizalarının verilməsi bərpa ediləcək.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 1 =