Sionist şəhərsalmaları ilə bağlı Avropa ölkələrinin tənqidi

Sionist şəhərsalmaları ilə bağlı Avropa ölkələrinin tənqidi

Bir neçə Avropa ölkəsi sionist rejimdən şəhərsalma siyasətlərinə son qoymasını istəyib.

Əksəriyyəti Avropa İttifaqının üzvü olan 17 Avropa ölkəsinin hökumətləri sionist rejimin siyasətlərini tənqid etməklə yanaşı, bu rejimdən qəsəbələrin salınması və Şərqi Qüdsdə fələstinli ailələrin öz evlərindən qovulması siyasətinə son qoymasını tələb edib.

 “Haaretz” qəzetinin məlumatına görə, İngiltərə, Fransa, İspaniya və Hollandiya da daxil olmaqla 17 Avropa ölkəsinin diplomatları “İsrailin məskunlaşma siyasətinə kəskin etirazlarını” bəyan ediblər və xüsusilə Silvan, Şeyx Cərrah və Beytül-Müqəddəsdəki fələstinli ailələrin məcburi təxliyəsi ilə bağlı xəbərdarlıq ediblər.

Bu 17 ölkənin nümayəndələrinin bəyanatında deyilir: “İsrail hakimiyyətinin Ramazan ayı ərzində Şərqi Qüdsdə dağıdıcılıq siyasətini davam etdirmək niyyətində olması çox narahatedicidir”.

1967-ci il müharibəsi və İordan çayının qərb sahilində və Qüdsün şərqində Fələstin torpaqlarının işğalından sonra sionist rejim tərəfindən salınan yəhudi qəsəbələrində yüz minlərlə israilli yaşayır.

Birləşmiş Millətlər Təşkilatı və dünyanın əksər ölkələri sionist rejimin qəsəbə tikintisini qeyri-qanuni hesab edir, çünki bu rejim bu torpaqları 1967-ci il müharibəsində işğal edib və Cenevrə Konvensiyasına əsasən işğalçının işğal olunmuş torpaqlarda hər hansı tikinti aparması qadağandır.

Fələstinlilər İordan çayının qərb sahilində və Qəzza zolağında paytaxtı Qüds olmaqla müstəqil dövlət yaratmağa çalışırlar. Onlar həmçinin İsrailin 1967-ci ildə işğal etdiyi ərazilərdən çıxmasını istəyirlər, lakin İsrail Altı Günlük Müharibədən əvvəlki sərhədlərə qayıtmaqdan imtina edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × one =