Sionist rejim HƏMAS və Hizbullah arasında əməkdaşlığın inkişafından narahatdır

Sionist rejim HƏMAS və Hizbullah arasında əməkdaşlığın inkişafından narahatdır

Sionist rejimin təhlükəsizlik xidmətləri HƏMAS hərəkatı ilə Livan Hizbullah hərəkatı arasında artan əməkdaşlıq tendensiyası ilə bağlı narahatlıqlarını bildiriblər.

Mehr Xəbər Agentliyinin Şahab News saytına istinadən verdiyi məlumata görə, sionist rejimin təhlükəsizlik mənbələri Fələstin və Livanda müqavimət tərəfləri arasında əməkdaşlığın artırılması ilə bağlı xəbərlərdən narahatlıqlarını ifadə ediblər.

Bununla bağlı “İsrail Hyum” qəzeti yazıb: İsrail təhlükəsizlik rəsmiləri Ramazan ayında gərginliyin artacağından son dərəcə narahatdırlar.

Bu məlumatın davamında deyilir: Son bir ildə gərginliyinin davam etdiyi bir vəziyyətdə mövcud vəziyyətin nəzarətdən çıxması və vəziyyətin partlaması ehtimalı var.

Məlumatda Livan və Fələstində müqavimət qruplarının əməkdaşlığı ilə bağlı xəbərdarlıq edilir və bildirilir: Livan Hizbullahı ilə HƏMAS hərəkatı arasında əməkdaşlığın inkişaf etdirilməsi prosesi ciddi şəkildə izləniləsi və narahatedici bir məsələdir.

İsrail Hyum qəzeti yazıb: Son aylarda Fələstin Administrasiyasının nəzərəçarpacaq zəifliyi fonunda HƏMAS hərəkatının gücü və populyarlığı artmaqdadır.

Bu, fələstinlilərin İsrailə qarşı ümumi qəzəbinin artdığı bir vaxtda baş verir və bu vəziyyətdə İsrail bir neçə daxili böhrana məruz qalmışdır ki, bu da gələcəklə bağlı narahatlıqları artırmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × four =