Qara dəniz üzərində suya düşən ABŞ dronunun görüntüləri yayılıb -VİDEO
Martın 14-də Qara dəniz üzərində suya düşən ABŞ dronunun videogörüntüləri yayılıb.
APA-nın Moskva müxbirinin məlumatına görə, videogörüntü Rusiya Hava Kosmik Qüvvələrinin Su-27 qırıcısının kabinəsindəki kamera vasitəsilə qeydə alınıb.
Videogörüntüdə ABŞ-ın RQ-9 PUA-sının havada uçarkən və yanından Rusiya qırıcısının keçmə anı müşahidə olunur.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin iddia etdiyinə görə, martın 14-də Qara dəniz üzərində – Krımın hava ərazisində ABŞ dronu hava sərhədini pozub, daha sonra PUA idarəetməni etirərək suya çırpılıb.
Apa.az