Azərbaycanın boksçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub

Azərbaycanın boksçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub

Azərbaycanın qadın boksçularının Hindistanın paytaxtı Yeni Dehlidə keçiriləcək dünya çempionatındakı ilk rəqibləri bəlli olub.

Federasiyadan “Report”a verilən məlumata görə, mübarizəyə ilk olaraq Anaxanım İsmayılova və Zeynəb Rəhimova qoşulacaqlar.

Dünya çempionatı

1/32 final
16 mart

Anaxanım İsmayılova (50 kq) – Zarin Nixad (Hindistan)
Zeynəb Rəhimova (54 kq) – Lethokule Sibisi (CAR)

1/16 final
18 mart

Günel Rəhimova (48 kq) – Snejana Silykoviç (Serbiya)
Şəhla Allahverdiyeva (66 kq) – Mariya Ernandes (Dominikan Respublikası)

19 mart
Məhsəti Həmzəyeva (57 kq) – Cennifer Peters (Yeni Zelandiya)

22 mart
1/4 final

Aynur Rzayeva (+81 kq) – Angel Corc Eyed (Trinidad və Tobaqo)/Kelin Li-Lo (Yeni Zelandiya)

Qeyd edək ki, 2,4 milyon ABŞ dolları mükafat fondu olan mundialın final döyüşləri martın 25-də və 26-da keçiriləcək. 65 ölkədən 300-dən artıq boksçunun qatıldığı yarışın qalibi 100, finalçısı 50, bürünc medalçısı 25 min dollar qazanacaq.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 + five =