Ramullahın qərbində sionist əsgərlərin dağıdıcı silahlarla hücumu

Ramullahın qərbində sionist əsgərlərin dağıdıcı silahlarla hücumu

Fələstin mənbələri sionist hərbçilərin öz dağıdıcı texnikaları ilə Ramullahın qərbindəki bir kəndə hücumundan xəbər veriblər.

Əl-Cəzirə telekanalının məlumatına görə, fələstinli mənbələr İsrail patrullarının ağır texnikalarla birlikdə bir fələstinlinin evini dağıtmaq üçün Ramullahın qərbindəki Deyr Əmmar kəndinə basqın etdiyini açıqlayıb.

Digər tərəfdən, Əl-Məyadin kanalının müxbiri işğalçıların Nablus şəhərinin şərq bölgəsindəki bəzi binaların damına öz snayperlərini yerləşdirdiyini xəbər verib.

Bu xəbərə əsasən, fələstinli döyüşçülər Nablusun şərqində sionist rejimlə vuruşurlar.

Eyni zamanda fələstinli mənbələr İordan çayının qərb sahilinin şimalındakı Nablus şəhərində fələstinli döyüşçülərlə sionist əsgərlər arasında bu gün səhər baş verən döyüş zamanı 3 sionist əsgərin yaralandığını açıqlayıb.

Bu mənbələr əlavə edib: Bu üç əsgər fələstinli döyüşçülərin partlatdıqları bombanın partlaması nəticəsində yaralanıb. Həmçinin, fələstinli döyüşçülər sionist əsgərlərin cipini hədəfə alıblar.

Bu, Fələstin mənbələrinin sionist əsgərlərin Nablus şəhərinin cənub bölgəsinə kütləvi şəkildə yerləşdirilməsi barədə məlumat verdiyi bir vaxtda baş verib.

Fələstin Qızıl Aypara Cəmiyyəti sionistlərin Nablus hücumu zamanı 28 fələstinlinin yaralandığını açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − 9 =