Dollar çökəcək, pulunuzu belə saxlayın – Məşhur iqtisadçıdan çağırış -Video

Dollar çökəcək, pulunuzu belə saxlayın – Məşhur iqtisadçıdan çağırış -Video

Publika.az xəbər verir ki, bunu məşhur rusiyalı iqtisadçı Mixail Xazin deyib.

Onun sözlərinə görə, fəlakət nə qədər tez yaxınlaşsa, dolların və qızılın dəyəri bir o qədər sürətlə artır:

“Uzun onilliklər ərzində bu iki aktiv iqtisadi “təhlükəsiz sığınacaq” rolunu oynayıb və onların sahiblərinə böhranın uçurumunda “sıfırdan” pullarını saxlamaq imkanı verib”, – ekspert qeyd edib.

Xazinin fikrincə, dünyanın hazırkı vəziyyəti elədir ki, hər an fəlakət baş verə bilər: “Xüsusilə, ABŞ maliyyə bazarı artıq çökməyə hazırdır. Dağılma təbii fəlakət, pandemiya, müharibə və ya digər şok nəticəsində baş verə bilər”.

Bu baxımdan, mütəxəssis qənaət etmək və pul saxlamaq məqsədilə uzunmüddətli investisiyalar üçün dolları deyil, qızılı seçməyi tövsiyə edib. Xazinin fikrincə, bu, Amerika valyutasının həqiqətən ilk vaxtlarda bahalaşa bilməsi ilə bağlıdır. O hesab edir ki, böhran illər boyu uzansa, qızıldan fərqli olaraq yenə də ucuzlaşmağa başlayacaq.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 4 =