Konqoda 3 çinli edam olunacaq

Konqoda 3 çinli edam olunacaq

Konqo Demokratik Respublikasında iş adamını öldürməkdə təqsirləndirilən üç çinli ölüm cəzasına məhkum edilib.

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Məhkəmə mənbələrinə əsaslanan xəbərlərə görə, 2022-ci ilin yanvarında Konqonun Lualaba əyalətinin paytaxtı Kolvezi şəhərində yaşayan çinli iş adamını öldürməkdə ittiham olunan Çin vətəndaşları Vanq Yon Xu, Çeng Zinq Dan və Vhanq Huinin məhkəməsi başa çatıb.

Məhkəmə hədə-qorxu ilə pul tələb etmək, qanunsuz döyüş sursatı saxlamaq və terrorçuluqda ittiham olunan müttəhimləri 20 milyon dollar təzminat ödəməyə və ölüm cəzasına məhkum edib.

Qeyd edək ki, ölkədə son 20 ildə ölüm hökmü icra olunmayıb və yuxarı instansiya məhkəməsinə çıxarılan ölüm hökmləri adətən ömürlük həbslə əvəzlənib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 4 =