Kolumbiyada şaxtalarda partlayışlar nəticəsində 11 nəfər ölüb

Kolumbiyada şaxtalarda partlayışlar nəticəsində 11 nəfər ölüb

Kolumbiyanın mərkəzində yerləşən Sutataus əyalətindəki kömür mədənlərindən birində yeraltı şaxtalarda baş verən silsilə partlayışlar 11 nəfərin həyatına son qoyub.

APA xəbər verir ki, bu barədə Kundinamarka departamentinin (vilayətinin) qubernatoru Nikolas Qarsiya Bustos “Twitter“də yazıb.

Məlumata əsasən, partlayışlar zamanı mədənlərdə 30-dan çox şaxtaçı olub, hazırda tunellərdə 17 nəfər blokadada qalıb.

Hadisə yerinə müvafiq qurumlar cəlb edilib və axtarış-xilasetmə işləri həyata keçirilir.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + five =