Fələstin müqavimət qüvvələri sionistlərə qarşı 22 əməliyyat keçirib

Fələstin müqavimət qüvvələri sionistlərə qarşı 22 əməliyyat keçirib

Xəbər mənbələri cümə günü səhər xəbər veriblər ki, Fələstin müqavimət qüvvələri son 24 saat ərzində İordan çayının qərb sahilində sionistlərə qarşı 22 əməliyyat həyata keçirib.

Şahab Fələstin Xəbər Agentliyinin məlumatına görə, “Muti” kimi tanınan Fələstinin Statistika və İnformasiya Mərkəzi Fələstin müqavimət qüvvələrinin İordan çayının qərb sahilində sionistlərə qarşı 22 əməliyyat həyata keçirdiyini elan edib.

Bu xəbərə əsasən, Fələstin müqavimət qüvvələri İordan çayının qərb sahili və işğal olunmuş Qüdsün müxtəlif bölgələrində sionist qüvvələrə güllə və partlayıcı maddələr ataraq onlarla qarşı-qarşıya gəliblər.

Müqavimət qüvvələrinin əməliyyatları Sələfit, Qəlqəliyyə, Cənin, Beyti-Ləhm , Hebron, Ramullah, Nablus və Tulkərimdə keçirilib və müqavimət qüvvələri sionistlərin hücumlarına qarşı çıxıblar.

Bu xəbərə görə, müqavimət qüvvələri Tulkərmin şimalında yerləşən sionist “Hurmiş” qəsəbəsini atəşə tutub və Hebronun şimalında yerləşən Beyti-Əmrdə mühacirlər olan avtobusu hədəfə alıblar.

Müqavimət qüvvələrinin hücumları sionist qüvvələrin cümə axşamı Cəninə hücum edərək 4 fələstinlini öldürdüyü bir vaxtda baş verib.

HƏMAS hərəkatının hərbi qanadı olan Əl-Qəssam Briqadaları bu hücuma cavab verərək elan edib ki, əgər sionist rejim bu hücumların Fələstin müqavimətinin əzminə xələl vuracağını düşünürsə, çox yanılır.

Muti Mərkəzi daha əvvəl bildirmişdi ki, Fələstin müqavimət qüvvələri ötən ay İordan çayının qərb sahilində və işğal olunmuş Qüdsü sionistlərə qarşı 1177 əməliyyat keçirib və nəticədə 8 sionist həlak olub, 43 əsgər və mühacir yaralanıb.

Bu günlərdə işğal olunmuş ərazilərdə, xüsusilə İordan çayının qərb sahilində şərait çox xüsusidir və fələstinli döyüşçülər sionistlərin saysız-hesabsız cinayətlərinə hər vasitə ilə cavab verirlər və bu, qəsbkar sionistləri çıxılmaz vəziyyətə salıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − 13 =