Qusarda evdə partlayış olub, xəsarət alan var

Qusarda evdə partlayış olub, xəsarət alan var

Qusar rayonunun Yeni Həyat kəndində yerləşən fərdi yaşayış evlərin birində partlayış olub.

“Report”un Şimal bürosunun məlumatına görə, hadisə nəticəsində 1961-ci il təvəllüdlü Telnaz Hacımuradova yanıq xəsarətləri alıb.

O, Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra Bakıdakı xəstəxanalardan birinə təxliyə edilib.

Faktla bağlı araşdırma aparılır.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 + 18 =