Kreml: Varşavanın Kiyevə MiQ-29 göndərmək qərarı NATO-nun münaqişədə iştirakını artırmaq nümunəsidir

Varşavanın Kiyevi MiQ-29 qırıcıları ilə təchiz etmək qərarı bir sıra NATO ölkələrinin münaqişədə iştirakını artırmasının nümunəsidir.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib
Onun sözlərinə görə, Varşava tərəfindən Kiyevə MiQ-29 qırıcılarının tədarükü xüsusi əməliyyatın nəticəsinə təsir edə bilməz, Varşavadan Kiyevə verilən texnika xüsusi əməliyyat zamanı məhv ediləcək.
Kremlin sözçüsü qeyd edib ki, Slovakiya və Polşanın Ukraynanı MiQ-29 qırıcıları ilə təmin etmək niyyətləri köhnə lazımsız avadanlıqları məhv etmək cəhdlərini xatırladır.
Apa.az