Fələstinli məhbuslar 33 gündür aclıq aksiyası keçirir

Fələstinli məhbuslar 33 gündür aclıq aksiyası keçirir

Onlarla fələstinli məhbus sionist rejimin həbsxanalarındakı aclıq aksiyasının 33-cü gününə daxil olduğunu və davam edəcəyini açıqlayıb.

Fələstin Məhbuslarının İnformasiya İdarəsi bu gün şənbə günü elan edib ki, sionist rejimin həbsxanalarındakı məhbuslar sionist hakimiyyətin fələstinli məhbuslarla qeyri-insani hərəkətləri və pis rəftarına cavab olaraq kollektiv aclıq aksiyasını davam etdirmək niyyətindədirlər.

Fələstin İnformasiya İdarəsi bu gün fələstinli məhbusların ardıcıl aksiyasının 33-cü gününə daxil olduğunu və bu proses radikal sionist həbsxana gözətçisi İtmar Bin Ğufeyrin zorakılığına və qəsbkarların qeyri-insani idarəçiliyinə etiraz olaraq davam edəcəyini bildirib.

Netanyahunun sərt rejimli kabinetinin yaradılmasından sonra sionist rejimin həbsxanalarında fələstinli məhbusların şəraiti çətinləşib.

Fələstinli döyüşçülərin şəhadət hücumlarının qarşısını almaq üçün İsrail hakimiyyəti çarəni məhbuslara təzyiq etməkd görür. Bundan əvvəl onlar fələstinli məhbuslara qarşı təzyiqlərin gücləndirildiyini bəyan etmişdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six − three =