Səudiyyə koalisiyasının növbəti hücumunda iki yəmənli şəhid olub

Səudiyyə koalisiyasının növbəti hücumunda iki yəmənli şəhid olub

Təcavüzkar Səudiyyə koalisiyasının şənbə günü Şəda sərhəd bölgəsinə artilleriya hücumları nəticəsində iki Yəmən vətəndaşı şəhid olub.

İRNA-nın şənbə günü Əl-Məsirə kanalına istinadən verdiyi məlumata görə, bu iki şəhid “Razeh” xəstəxanasına aparılıb.

Bu Yəmən kanalı səudiyyəli qırıcıların “Əl-Hiclə” bölgəsinə hücumlarını açıqlayıb və bu barədə ətraflı məlumat verməyib.

Bu xəbərə əsasən, iki gün əvvəl Yəmənin şimalındakı Səədə əyalətinin sərhəd bölgələri Səudiyyə ordusunun raket hücumları və top atəşinə məruz qalması zamanı bir Yəmən vətəndaşı şəhid olub, dörd nəfər isə yaralanıb.

Səudiyyə Ərəbistanının Yəmənə qarşı hərbi təcavüzü 2015-ci ildə başlayıb. Bu müddət ərzində münaqişələrin bilavasitə nəticəsində və ya müharibənin dolayı təsirləri, o cümlədən qeyri-sağlam içməli su, xəstəlik və aclıq ucbatından yüz minlərlə insan həyatını itirmiş, didərgin düşmüş və ya yaralanmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 4 =