Cənubi Sudanda hərbi sursat partlayıb, azı 10 nəfər ölüb

Cənubi Sudanda hərbi sursat partlayıb, azı 10 nəfər ölüb

Cənubi Sudanın şimal-qərbindəki Qərbi Bəhr əl Qəzal əyalətində partlamamış hərbi sursatın partlaması nəticəsində üçü uşaq olmaqla azı 10 nəfər həlak olub.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə Jur River dairəsinin komissarı Ceyms Bak bildirib.

Onun sözlərinə görə, daha iki uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

“İnsanlar silah-sursatı metal qırıntıları ilə səhv salıblar. Partlayış nəticəsində 7 qadın və 3 uşaq həlak olub”, – Bak deyib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + nineteen =