Kosta-Rikada 5,5 maqnitudalı zəlzələ olub

Kosta-Rikada 5,5 maqnitudalı zəlzələ olub

Kosta-Rikada 5,5 maqnitudalı zəlzələ qeydə alınıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Bildirilib ki, təbii fəlakətin episentri təxminən 7,8 min əhalisi olan Kepos şəhərindən 11 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 35 kilometr dərinlikdə qeydə alınıb.

İtki və dağıntılar barədə məlumat verilməyib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × four =