İordan çayının qərb sahilində son 24 saat ərzində 15 müqavimət əməliyyatı keçirilib

İordan çayının qərb sahilində son 24 saat ərzində 15 müqavimət əməliyyatı keçirilib

Xəbər mənbələri çərşənbə günü səhər xəbər veriblər ki, Fələstin müqavimət qüvvələri son 24 saat ərzində İordan çayının qərb sahilində sionistlərə qarşı 15 əməliyyat həyata keçirib.

 “Fələstin Əl-Yəvm” xəbər saytının məlumatına görə, Fələstinin “Muti” informasiya mərkəzi bu əməliyyatların 9-nun atışma əməliyyatları olduğunu açıqlayıb.

Bu xəbərə görə, digər hallarla yanaşı, 2 partlayıcı qurğunun işə salınmasını, iki dəfə işğalçılara molotof kokteyli atılmasını, 2 dəfə mühacirlərin avtomobillərinin şüşəsini sındırmaqla mühacirlərin hücumlarının qarşısının alınmasını qeyd etmək olar.

Muti İnformasiya Mərkəzi daha əvvəl bildirmişdi ki, Fələstin müqavimət qüvvələri ötən ay İordan çayının qərb sahilində və işğal olunmuş Qüdsdə sionistlərə qarşı 1177 əməliyyat keçirib və nəticədə 8 sionist həlak olub, 43 əsgər və mühacir yaralanıb.

Bu günlərdə işğal olunmuş ərazilərdə, xüsusilə İordan çayının qərb sahilində şərait çox xüsusidir və fələstinli döyüşçülər sionistlərin saysız-hesabsız cinayətlərinə hər vasitə ilə cavab verirlər və bu, qəsbkar sionistləri çıxılmaz vəziyyətə salıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + two =