Ərinəl-Usud sionistlərə xitabən deyib: Siz təhlükəsizliyi yuxularınızda belə görməyəcəksiniz!

Ərinəl-Usud sionistlərə xitabən deyib: Siz təhlükəsizliyi yuxularınızda belə görməyəcəksiniz!

Fələstinin “Ərinəl-Usud” qruplaşması sionistlərə xəbərdarlıq edərək, onların bundan sonra təhlükəsizliyi görməyəcəklərini və heç bir şeyin onlara təhlükəsizlik gətirməyəcəyini vurğulayıb.

Fələstinin “Ərinəl-Usud” müqavimət qrupu müqəddəs Ramazan ayının gəlişi münasibəti ilə çərşənbə günü axşam bəyanat yayaraq, “Allahın düşmənlərinə qarşı müharibənin kuliminasiya nöqtəsində olduqlarını” vurğulayıb.

Şahab xəbər agentliyi bu bəyanatı yayarar bildirib ki, Fələstin müqaviməti ildən-ilə güclənir və insanlar öz şəhidlərini unutmamalı, səbirli olmalıdırlar. Buna görə də müqavimət qruplarının ümidi Fələstin xalqının agahlığınadır.

Ərinəl-Usud müqavimət qrupu sionist rejimə xitab edərək deyib: Biz sizə sübut edəcəyik ki, itirilmiş təhlükəsizliyinizi heç bir yerdə tapa bilməyəcəksiniz və heç bir şey sizə arzuladığınız təhlükəsizliyi gətirə bilməyəcək.

Bu müqavimət qrupu belə davam edib: Tezliklə siz əsgərlərinizin qanının şirlərimizin dişindən damcıldığını görəcəksiniz və siz övladlarımızı qovduğunuz kimi biz də sizi təqib edəcəyik və mühacirlərinizin təhlükəsizliyini pozacağıq.

Ərinəl-Usud sonda deyib: Zorakılıq dövrünüz bitdi. Biz sizin burnunu qıracağıq, qürurunu tapdalayacağıq və illüziyalarınızı məhv edəcəyik. Bizim torpaqlarımızda heç bir mühafizəniz olmayacaq.

Ərinəl-Usud fələstinli məhbuslara ünvanladığı mesajda deyib: “Qarşıdurma saatı yaxındır və mübarək torpaqlarımızın hər yerində müharibə təbili çalınıb və biz bu vəhşi düşmənlə daha böyük döyüşlərdə vuruşmağa tam hazırıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 − 3 =