Pilotun halı pisləşdi, sərnişin onu əvəz etdi

Pilotun halı pisləşdi, sərnişin onu əvəz etdi

Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Qeyd olunur ki, Las-Veqasdan Kolumbusa uçan “Southwest Airlines” şirkətinə məxsus təyyarənin pilotu uçuş zamanı xəstələnib. Onun təcili tibbi yardıma ehtiyacı olub.

Laynerdə sərnişin qismində olan başqa bir aviadaşıyıcının sertifikatlı pilotu həmin şəxsin köməyinə gəlib. O, uçuş göyərtəsinə daxil olub və “Southwest Airlines”in digər pilotu təyyarəni idarə edərkən, ona radio rabitəsi ilə kömək edib. Huşunu itirmiş kapitan laynerin arxasına köçürülüb. Eyni reyslə uçan tibb bacısı ona ilkin tibbi yardım göstərib.

Nəşrin məlumatına görə, təyyarə Las-Veqasa qayıdıb, halı pisləşən pilot xəstəxanaya yerləşdirilib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 3 =