Suriyadakı Amerika bazasına bir neçə raket zərbəsi endirib/koalisiya təyyarəsi Deyrəz-Zura hücum edib

Suriyadakı Amerika bazasına bir neçə raket zərbəsi endirib/koalisiya təyyarəsi Deyrəz-Zura hücum edib

Əl-Məyadinin məlumatına görə, Amerika işğalçı ordusunun Koniko qaz yatağındakı bazasına bir neçə raket zərbəsi endirilib, lakin dəymiş ziyanın həcmi hələlik məlum deyil.

Əl-Məyadinin Suriyadakı müxbiri də bu bazaya raket zərbələri endirdikdən sonra Amerika helikopterlərinin Koniko qaz yatağı üzərində uçuşlar apardığını bildirib.

Əl-Mayadin xəbər kanalı məlumatlı mənbələrə istinadən xəbər verir ki, Amerika ordusunun Koniko qaz yatağındakı bazasına hücum 8 raketlə həyata keçirilib, onlardan bəziləri bu baza və ətrafına düşüb.

Bir neçə dəqiqə sonra bəzi xəbər mənbələri ABŞ-ın Suriyanın şərqində “cavab hücumları” həyata keçirdiyini iddia edib. Sky News xəbər verir ki, Amerika koalisiyasının təyyarələri Deyrəz-Zurda bir neçə mərkəzə hücum edib.

Terror təşkilatı Centcom verdiyi açıqlamada Suriyanın şimal-şərqindəki “Yaşıl kənd”ə ümumilikdə 10 raket atıldığını, lakin bu hücumda hər hansı tələfat və itkiyə səbəb olmadığını bildirib.

Bu açıqlamaya görə, raketlərdən biri hədəfdən yayınaraq yaşayış evinə dəyib, ona “ağır ziyan vurub” və iki qadın və iki uşaq yaralanıb.

Yaşıl kənd Ömər neft yatağında yerləşir və orada 900-ə yaxın Amerika əsgəri yerləşdirilib.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkol Suriyanın şimal-şərqində Amerika bazasına pilotsuz təyyarələrin hücumu ilə bağlı verdiyi açıqlamada İranı bu hücumda rol oynamaqda ittiham edərək, ABŞ-ın İrana qarşı çəkindirici qüvvəsini itirdiyini bildirib.

Pompeo: ABŞ qüvvələri 78 dəfə hücuma məruz qalıb, Bayden yalnız bunların 3-ə cavab verib.

ABŞ-ın keçmiş xarici işlər naziri Deyrəz-Zurda ABŞ-ın hücumlarından məmnunluğunu ifadə edərkən yazıb: “Açıq şəkildə deməliyik ki, İranın nəzarətində olan silahlı qruplaşmalar 2021-ci ildə ABŞ qüvvələrinə 78 dəfə hücum edib, lakin Bayden onlardan yalnız üçünə cavab verib.

Pompeo davam etdi: “Davam edən zəiflik yalnız daha çox hücumlara səbəb olacaq.”

Amerika rəsmisi Əl-Cəzirə xəbər kanalına müsahibəsində Deyrəz-Zurdakı Amerika bazasına raket hücumu nəticəsində ölkənin hərbi qüvvələrindən ən azı birinin yaralandığını təsdiqləyib.

Amerika rəsmisi CNN telekanalına müsahibəsində Suriyadakı Koniko qaz yatağına yeni raket hücumu nəticəsində ölkə əsgərlərindən birinin yaralandığını təsdiqləyib.

Amerikalı rəsmi bildirib ki, hazırda əsgərin vəziyyəti stabildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − 14 =