Suriyanın şərqindəki ABŞ bazalarına çoxsaylı raket zərbələri endirilib

Suriyanın şərqindəki ABŞ bazalarına çoxsaylı raket zərbələri endirilib

Xəbər mənbələri Amerika terrorçu əsgərlərinin Koniko və Deyrəz-Zur əyalətindəki qeyri-qanuni bazalarının çoxsaylı raket hücumlarına məruz qaldığını bildirib.

Xəbər mənbələri Suriyanın şərqində yerləşən Deyrəz-Zur əyalətində Amerika terrorçu əsgərlərinin qanunsuz bazalarına raket zərbələri endirdiyini bildirib.

Əl-Aləm xəbər kanalı yerli mənbələrə istinadən bildirir ki, bu hücumlar zamanı Əl-Ömər neft yatağındakı Amerika bazası hədəfə alınıb və bundan sonra bir neçə ardıcıl partlayış səsi eşidilib.

Hücumlardan sonra bu Amerika bazasına yaxın kənd və qəsəbələrin sakinləri qorxu içindədir. Amerika helikopterləri də bu baza üzərində uçuşur.

Sabrin News Telegram kanalı bu gün Amerika bazasına üçüncü dəfə hücum edildiyini bildirib. Lakin bu kanal sözügedən bazaya atılan raketlərin sayının dəqiq statistikasını dərc etməyib.

Eyni zamanda, Sabrin News Telegram kanalı bildirib ki, bu hücumlarda Əl-Ömər bazasından əlavə Konikodakı Amerika bazası da bir neçə raket hücumuna məruz qalıb.

Amerikalıların bu hücumları törədənlərlə atışmaya girdiyi bildirirlir.

Yerli mənbələr bu hücumlarda Amerikanın Koniko bazasına 20 raket atıldığını da bildirib. Bu hücumlar baza daxilində güclü yanğına səbəb olub və bir neçə nəfər yaralanıb.

 Mənbələr Amerika ordusunun bu hücumlara artilleriya hücumları ilə cavab verdyini bildirərək, Fəratın şərqindəki bütün Amerika bazalarının raket hücumları ilə hədəf alındığını açıqlayıb.

Amerikalılar Əl-Məyadindəki müqavimət qüvvələrinin bəzi mövqelərini hədəfə alıblar, lakin mümkün itkilər və dağıntılar barədə təfərrüatlar açıqlanmayıb.

Bu hücumların hansı qruplaşma tərəfindən həyata keçirildiyi və neçə amerikalının yaralandığı və ya öldüyü hələ məlum deyil.

Suriyanın rəsmi mənbələri bu hücumlarla bağlı heç bir xəbər dərc etməyib.

Yerli və qeyri-rəsmi media naməlum qırıcıların Deyrəz-Zurun şərqində müqavimət qruplarına aid hərbi obyektə hücum etdiyini açıqlayıb.

Bu məlumatlara görə, hücumda Deyrəz-Zur şəhərində bir sursat anbarı və hərbi baza hava hücumları ilə hədəfə alınıb.

Hücum yerinə təcili yardım və xilasetmə maşınları göndərilib və ilkin məlumatlara görə, 5 nəfər yaralanıb.

Amerika Mərkəzi Komandanlığı Suriyadakı naməlum pilotsuz təyyarənin ölkənin hərbi bazasına bir amerikalı podratçının ölümü və bir neçə nəfərin yaralanması ilə nəticələnən hücuma toxunaraq, Deyrəz-Zurda müqavimət mövqelərinə səhər tezdənki hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 + six =