Sudanda silahlı toqquşmalarda 4 nəfər ölüb, onlarla insan yaralanıb

Sudanda silahlı toqquşmalarda 4 nəfər ölüb, onlarla insan yaralanıb

Sudanın qərbində yerləşən Qərbi Darfur əyalətində toqquşmalar zamanı 4 nəfər ölüb, onlarla insan yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Sudan Tribune” qəzeti yerli rəsmilərə istinadən yazıb.

“Qanlı toqquşmalar nəticəsində Qərbi Darfurda 4 nəfər həlak olub, onlarla insan yaralanıb”, – məlumatda deyilir.

Nəşrin məlumatına görə, El-Geneyna şəhərinin (ştatın paytaxtı) rəhbəri bildirib ki, hazırda təhlükəsizlik xidmətlərinin əməkdaşları toqquşmaların əhatə etdiyi ərazilərdə nəzarəti bərqərar etməyə nail olub.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − eight =