Sionist hərbçilərin səbəbsiz yerə atəş açması nəticəsində bir fələstinli gənc şəhid olub

Sionist hərbçilərin səbəbsiz yerə atəş açması nəticəsində bir fələstinli gənc şəhid olub

18 yaşlı fələstinli gənc bu gün səhər saatlarında avtomobilində oturduğu halda sionist əsgər tərəfindən vurulub.

 “Ömər Səvaid” adlı 18 yaşlı fələstinli bu gün (26 mart bazar günü) səhər tezdən sionist əsgər tərəfindən güllələnib və aldığı xəsarətlərin şiddətindən xəstəxanada dünyasını dəyişib.

 “Arab 48” saytının məlumatına görə, bu fələstinli gənc Əl-Cəlilin Kəfr Yasif kəndində dostları ilə maşınında əyləşərkən sionist əsgər tərəfindən vurulub.

Şahidlərin sözlərinə görə, güllə bu gənc fələstinlinin boynuna dəyib və sionist polisi onun ölümündən əmin olmaq üçün atışmadan sonra ona yaxınlaşıb.

Eyni zamanda sionist rejim polisinin istintaq idarəsinin bəzi qüvvələri də hadisə yerinə gəlib. Polis ilk olaraq fələstinli gənclərin atəş açdığını iddia edib.

Bu hadisə İordan çayının qərb sahilində, Nablus şəhərinin cənubundakı “Həvarə” kəndində iki sionist əsgərin güllələnərək yaralanmasından bir gün sonra baş verib və onlardan birinin vəziyyətinin kritik olduğu bildirilir.

İordan çayının qərb sahilində bir neçə kiçik və böyük qrupla birlikdə son bir ildə yaradılan və sionistlərə qarşı tənliyi güclü şəkildə dəyişdirən “Əbu Əli Mustafa” müqavimət qruplaşması da açıqlamasında bu əməliyyata görə məsuliyyəti öz üzərinə götürüb.

“Yediot Aharanot” qəzetinin yazdığına görə, “Ərinəl-Usud” və ya “Cenin batlyonu” kimi bu qruplar əhəmiyyətli bir populyar bazaya malikdirlər və İordan çayının qərb sahilində silahlı müqaviməti alovlandıra biliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − eleven =