Şeyx Nəim Qasim: Sionist Müvəqqəti Rejim tənəzzülə doğru gedir

Şeyx Nəim Qasim: Sionist Müvəqqəti Rejim tənəzzülə doğru gedir

Livan Hizbullahının baş katibinin müavini sionist rejimin məhvi toxumlarının bu rejim daxilində atıldığını bildirərək, Fələstin xalqının səbr və mübarizəsi qarşısında işğalçı rejimin tənəzzülünün qaçılmaz olduğunu vurğulayıb.

Mehr xəbər agentliyinin Rəy Əl-Yəvm xəbər saytına istinadən verdiyi məlumata görə, Hizbullahın Livandakı baş katibinin müavini vurğulayıb ki, sionist işğalçı rejimin məhvinin toxumları bu rejim daxilində əkilib və bu işğalçı rejim nə qədər uzun sürsə də Fələstin xalqının səbri qarşısında məhv olacaq.

Bu xəbərə əsasən, Şeyx Nəim Qasim özünün Tvitter hesabında yazıb: Sionist işğalçı rejimi nə qədər davam etsə də, sonda Fələstin xalqı kimi səbirli, mücahid və fədakar insanların iştirakı ilə məhv olacaq.

O, tvitinin davamında şahid kimi Qurani-Kərimin

یُخْرِبُونَ بُیُوتَهُم بِأَیْدِیهِمْ وَأَیْدِی الْمُؤْمِنِینَ “Evlərini öz əlləri və müsəlmanların əlləri ilə dağıdarlar.” ayəsini qeyd edib və sionist müvəqqəti rejimin tənəzzülə uğrayacağını vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen + nineteen =