Sionist mühacirlər İordan çayının qərb sahilində fələstinlilərin evlərinə hücum ediblər

Sionist mühacirlər İordan çayının qərb sahilində fələstinlilərin evlərinə hücum ediblər

Sionist köçkünlər sionist hərbçilərin dəstəyi ilə İordan çayının qərb sahilinin şimalında Fələstin vətəndaşlarının evlərinə hücum edərək onların bir neçə avtomobilini yandırıblar.

Onlarla sionist mühacirlər iftar vaxtı Nablus şəhərinin cənubundakı Həvarə qəsəbəsində fələstinli vətəndaşların evlərinə hücum edərək çoxlu sayda avtomobili yandırıblar ki, bu da bu mühacirlərlə fələstinlilər arasında münaqişəyə səbəb olub.

Fələstin Qızıl Aypara Cəmiyyəti Həvarədə İsrail əsgərlərinin güllə atması və gözyaşardıcı qazdan istifadə etməsi nəticəsində 6 fələstinlinin yaralandığını və bir Fələstin vətəndaşının başından güllə yarası alaraq Nablusdakı Rufeydiyyə Dövlət Xəstəxanasına aparıldığını bildirib.

 “Şahab News” saytının xəbərinə görə, onlarla sionist mühacir də Həvarə qəsəbəsinə bir neçə istiqamətdə toplaşaraq mağazanın qarşısında dayanmış avtomobili yandırıblar.

Həmçinin, sionist rejim artıq üçüncü gündür ki, Nablus ətrafındakı keçidlərdə, o cümlədən Nablusun cənubundakı Həvarə keçidində və Havara qəsəbəsinin əsas küçəsində öz qoşunlarının yerləşdirilməsini artırıb.

İsrail əsgərləri Nablusun bəzi ikinci dərəcəli yollarını da bağlayıb və Nablusun cənubundakı Beyta qəsəbəsinin girişinə keçidlər quraşdıraraq Fələstin vətəndaşlarının bu qəsəbəyə giriş-çıxışının qarşısını alıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen + five =