Azərbaycanda daha bir zəlzələ olub – YENİLƏNİB/VİDEO
Azərbaycanın daha bir rayonunda zəlzələ olub.
Bu barədə BAKU.WS-ə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Zəlzələ yerli vaxtla saat 12:27-də Gədəbəy stansiyasından 37 km şimal-şərqdə, Şəmkir rayonunda qeydə alınıb.
Zəlzələ hiss olunmayıb.
***11:32
İsmayıllı rayonunda 4,2 maqnitudada zəlzələ olub.
Bu barədə BAKU.WS-ə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Zəlzələ yerli vaxtla saat 11:09-da İsmayıllı stansiyasından 6 km şimalda qeydə alınıb.
Zəlzələ episentrdə 4 bala qədər hiss olunub.
BAKU.WS