Fələstin müqavimət qüvvələri sionistlərə qarşı 15 əməliyyat keçirib

Fələstin müqavimət qüvvələri sionistlərə qarşı 15 əməliyyat keçirib

Xəbər mənbələri çərşənbə günü səhər Fələstin müqavimət qüvvələrinin son 24 saat ərzində İordan çayının qərb sahilində sionistlərə qarşı 15 əməliyyat həyata keçirdiyini bildirib.

İRNA-nın Şahab Fələstin Xəbər Agentliyinə istinadən verdiyi məlumatına görə, “Muti” kimi tanınan Fələstinin Statistika və İnformasiya Mərkəzi Fələstin müqavimət qüvvələrinin İordan çayının qərb sahilində sionistlərə qarşı 15 əməliyyat keçirdiyini elan edib.

Bu xəbərə əsasən, Fələstin müqavimət qüvvələri İordan çayının qərb sahili və işğal olunmuş Qüdsün müxtəlif bölgələrində sionist qüvvələrə güllə və partlayıcı maddələr ataraq onlarla qarşı-qarşıya gəliblər.

Müqavimət qüvvələrinin əməliyyatları Qüds, Hebron, Ramullah, Nablus, Beyti-Ləhm, Sələfit və Tulkərimdə baş tutub və müqavimət qüvvələri sionistlərin hücumlarına qarşı çıxıblar.

Fələstin müqavimət qüvvələri Salim, Əl-Cəlmə, Dotan və sionistlərin Şəkid qəsəbəsindəki nəzarət-buraxılış məntəqəsində sionist əsgərlərə atəş açıblar.

Muti Mərkəzi daha əvvəl bildirmişdi ki, Fələstin müqavimət qüvvələri ötən ay İordan çayının qərb sahilində və işğal olunmuş Qüdsdə sionistlərə qarşı 1177 əməliyyat keçirib və nəticədə 8 sionist həlak olub, 43 əsgər və mühacir yaralanıb.

Bu günlərdə işğal olunmuş ərazilərdə, xüsusilə İordan çayının qərb sahilində şərait çox xüsusidir və fələstinli döyüşçülər sionistlərin saysız-hesabsız cinayətlərinə hər vasitə ilə cavab verirlər və bu, qəsbkar sionistlər üçün çıxılmaz vəziyyət yaradıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen + 5 =