Fələstinli gənclərin müqaviməti işğalçıları Nablus düşərgəsindən geri qovdu

Fələstinli gənclərin müqaviməti işğalçıları Nablus düşərgəsindən geri qovdu

Fələstinli gənclərin işğalçı Qüds rejimi əsgərlərinin İordan çayının qərb sahilində Nablus yaxınlığındakı köhnə “Əsgər” düşərgəsinə hücumuna qarşı müqaviməti onların geri çəkilməsinə səbəb olub.

İRNA-nın məlumatına görə, Əl-Məyadin müxbiri çərşənbə günü elan edib ki, işğal qüvvələri Nablus yaxınlığındakı düşərgəyə hücum edərək bir fələstinlinin evini mühasirəyə alıb və fələstinli döyüşçülər müqavimət göstərərək onlara atəş açıblar.

Fələstin mətbuatının məlumatına görə, işğalçılar bir fələstinlinin evini mühasirəyə aldıqdan sonra, gənclərdən birinin təslim olmasını tələb edib, daha sonra isə 16 yaşlı uşağı həbs ediblər. Onlar Nablusdakı şərq məqbərəsi ətrafına hücum zamanı 19 yaşlı başqa bir gənci də həbs ediblər.

Yerli media, həmçinin Ramullahın şimal-qərbindəki Beyt-Rima şəhərindən geri çəkilərkən fələstinli gənclərin Bəni-Saleh kəndində işğalçıların zirehli maşınlarına daş atmasını da dərc edib.

Fələstin xəbər saytlarının məlumatına görə, bu hücumlar işğalçı İsrail qüvvələrinin ciddi mühafizəsi altında mühacirlərin Məscidül-Əqsaya hücumu ilə eyni vaxta təsadüf edib və yerli və beynəlxalq qınaq dalğasına səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − 15 =