Bayden Rusiya nüvə silahlarının Belarusda yerləşdirilməsindən narahatdır

Bayden Rusiya nüvə silahlarının Belarusda yerləşdirilməsindən narahatdır

ABŞ Prezidenti Cozef Bayden hesab edir ki, Rusiyanın taktiki nüvə silahı hələ Belarus ərazisində yerləşdirilməyib, lakin bu planlarla bağlı bəyanatlardan narahatdır.

“Report” xəbər verir ki, Amerika lideri bu barədə Şimali Karolinadan Vaşinqtona qayıtdıqdan sonra jurnalistlərə deyib.

Bayden Rusiya tərəfinin bununla bağlı açıqlamalarını hələ oxumadığını bildirib: “Təhlükəli haldır. Bu narahatlıq doğurur. Mən təyyarədə olarkən baş vermədiyi halda, hələ bunu etməyiblər”.

Qeyd edək ki, Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirəcək. Bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya-24” telekanalının efirində jurnalist Pavel Zarubinə müsahibəsində bildirib. Rusiya lideri bildirib ki, artıq Belarus ərazisinə taktiki nüvə silahı daşıya bilən 10 təyyarə yerləşdirilib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − 11 =